Litva Azərbaycan limanlarında informasiya sistemlərinin qurulmasında iştirak etmək istəyir

Litva Azərbaycan limanlarında informasiya sistemlərinin qurulmasında iştirak etmək istəyir
# 06 noyabr 2012 11:55 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova-APA. “Azərbaycan sürətlə inkişaf edən geniş imkanlar bazarıdır və Azərbaycan bazarında öz yerini tutmaq üçün doğrudan da ən yaxşı olmaq lazımdır. Bizim dövlətlər səviyyəsində kifayət qədər yaxşı münasibətlərimiz var, düşünürəm ki, bu, ölkələrimiz arasında biznesin inkişafına kömək göstərəcək”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Bakıda səfərdə olan Litvanın nəqliyyat və kommunikasiyalar naziri Eliqyus Masyulis verib.

Nazir həmçinin qeyd edib ki, Litva Azərbaycanda keçirilən tender proqramlarında iştirakda maraqlıdır: “Bu gün Litvada limanlarda informasiya sistemlərinin qurulmasına dair layihələr gerçəkləşdirilir, biz bu layihəni tikilməkdə olan Bakı limanlarında da reallaşdırmağı təklif edə bilərik. Mənimlə birlikdə Bakıya biznesin digər sahələrini təmsil edən iş adamları da gəlib. Düşünürük ki, bu görüşlər Azərbaycan-Litva biznes əməkdaşlığının möhkəmlənməsinə dəstək verəcək”.

Qeyd edək ki, Litvanın iş adamlarından ibarət heyət Bakıya “Bakutel-2012” sərgisində iştirak etmək üçün gəlib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR