Müxalifətə keçən Ermənistanın sabiq xarici işlər naziri 5 il müddətinə həbs olana bilər

Müxalifətə keçən Ermənistanın sabiq xarici işlər naziri 5 il müddətinə həbs olana bilər
# 08 oktyabr 2012 23:50 (UTC +04:00)
Bakı-APA. Ermənistan hakimiyyəti sabiq xarici işlər naziri, “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Vardan Oskanyana qarşı rəsmən Sivilitas Fondunun xeyriyyə məqsədləri üçün nəzərdə tutulan vəsaitini mənimsəməkdə və çirkli pulları yumaqda ittiham irəli sürüb.
APA-nın svobodanews.com saytına istinadən verdiyi xəbərə görə, Oskanyan 1,5 milyon dolların mənimsəməsində günahlandırılır.
Qeyd edək ki, keçən həftə Oskanyanın parlament toxunulmazlığı ləğv edilib.
Onun günahı sübut olunduğu halda 5 il azadlıqdan məhrum olma cəzası verilə bilər.
Oskanyan ittihamları rəd edib və bildirib ki, hakimiyyət tərəfindən təqib olunur. Oskanyan özünü 2013-cu ilin prezident seçkilərində Serj Sarkisyanın əsas rəqibi hesab edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR