Zaur Qurbanlı azadlığa buraxılıb

Zaur Qurbanlı azadlığa buraxılıb
# 15 oktyabr 2012 07:25 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. "NİDA" Vətəndaş Hərəkatının İdarə Heyətinin həbsdə olan üzvü Zaur Qurbanlı azadlığa buraxılıb.

Z. Qurbanlının vəkili Aslan İsmayılovun APA-ya verdiyi məlumata görə, oktyabrın 14-də səhər saatlarında müdafiə etdiyi şəxs azadlığa çıxıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Zaur Qurbanlı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar daxil olan əməliyyat məlumatı əsasında saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə onun barəsində Abşeron Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsinin tələblərinə əsasən 15 gün müddətinə inzibati həbs qərarı çıxarılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR