Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin toplantısı keçiriləcək

Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin toplantısı keçiriləcək
# 09 oktyabr 2012 00:27 (UTC +04:00)
Bakı-APA. Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin iki günlük görüşü keçiriləcək.
APA-nın verdiyi xəbərə görə, görüşün əsas mövzuları NATO-nun Əfqanıstanda və Kosovoda əməliyyatları, yeni təhlükələr, Şimalı Atlantika Alyansının 21-ci əsrin təhlükələri qarşısında müdafiə imkanları və digər məsələlər olacaq.
Toplantının ikinci günü alyansın maliyyə imkanlarının məhdudlaşdırıldığı şəraitində fəaliyyəti, alyansın nüvə siyasəti, Əfqanıstanda mövcud vəziyyət müzakirə olunacaq. Ayrıca nazirlər Kosovodakı vəziyyəti NATO-ya üzv olmayan, lakin öz hərbiçilərini Kosovoda yerləşdirilmiş beynəlxalq kontingentin tərkibinə daxil edən ölkələrin müdafiə nazirləri ilə müzakirə edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR