Bu gün İsrailin İrana hərbi müdaxilə ilə bağlı son qərarını verməsi gözlənilir

Bu gün İsrailin İrana hərbi müdaxilə ilə bağlı son qərarını verməsi gözlənilir
# 04 sentyabr 2012 11:45 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Bu gün İsrailin baş naziri Benyamin Netanyahu fövqəladə toplantı keçirəcək. APA-nın məlumatına görə, yığıncaqda xarici kəşfiyyat orqanı “Mossad”, hərbi kəşfiyyat və “Şin Bet” əməkdaşları iştirak edəcək.

Toplantıda əsasən İranın nüvə proqramı əsas müzakirə mövzusu olacaq.

Müzakirələr nəticəsində İrana hərbi müdaxilə ilə bağlı son qərarın verilməsi gözlənilir.

Bundan əlavə, yığıncaqda Suriya və Misirdə yaşanan son hadisələr də müzakirə ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR