Azərbaycan İpoteka Fondu maliyyə hesabatlarının auditi ilə bağlı tender keçirir

Azərbaycan İpoteka Fondu maliyyə hesabatlarının auditi ilə bağlı tender keçirir
# 27 oktyabr 2012 08:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan İpoteka Fondu (AİF) 2012, 2013 və 2014-cü illər üçün maliyyə hesabatlarının auditinin keçirilməsi üzrə kənar auditorun seçilməsi ilə bağlı xidmətlərə görə açıq tender elan edib.

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, iddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri 2012-ci ilin dekabr ayının 13-dək, tender təklifi və bank təminatını isə cari ilin dekabr ayının 24-dək AİF-in Bül-bül prospekti, 40 ünvanında yerləşən baş ofisinə təqdim etməlidirlər.

İddiaçıların təklifləri bu ilin dekabr ayının 25-də AİF-in baş ofisində açılacaq.

Qeyd edək ki, tenderdə iştirak haqqı 500 manatdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR