Qazaxıstan siyasətçiləri Avrasiya Parlamenti ideyasına qarşı çıxıblar

Qazaxıstan siyasətçiləri Avrasiya Parlamenti ideyasına qarşı çıxıblar
# 19 sentyabr 2012 13:46 (UTC +04:00)
APA-nın www.turk-media.info-ya istinadən xəbərinə görə, hakim “Nur-Otan” Xalq Demokratik Partiyasının katibi Erlan Karin bildirib ki, heç bir halda milli orqanlar üstü qurumun yaradılmasına razılıq verməyəcəklər.

Onun sözlərinə görə, bu məsələ iki ölkənin rəhbərləri arasında, ümumiyyətlə, müzakirə olunmayıb: “Açıq deyirəm - milli orqanlar üstü qurumun yaradılması bizimlə müzakirə oluna da bilməz. Çünki bu, birbaşa ölkəmizin suverenliyi üçün təhlükədir. Suverenlik məsələsi ilə bizim Konstitusiyamızda təsbit olunub və bu cür məsələlər hətta ümumxalq səsverməsinə də çıxarıla bilməz”.

Qeyd edək ki, “Nur-Otan” Xalq Demokratik Partiyasının sədri Qaxaxıstan prezidenti Nursultan Nazarbayevdir.

Qazaxıstan parlamentinin beynəlxalq məsələlər, müdafiə və təhlükəsizlik komitəsinin sədri, Prezident Administrasiyası rəhbərinin sabiq müavini Maulen Aşimbayev isə deyib ki, Avrasiya parlamenti ideyası yalnız Rusiya tərəfinin ambisiyasıdır: “Qazaxıstan isə yalnız qarşılıqlı iqtisadi əlaqələrin tərəfdarıdır və heç bir siyasi birlikdən söhbət gedə bilməz”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR