Vahid Hacıyev: Beynəlxalq konfransın Zəngilanda keçirilməsinin böyük rəmzi mənası var

Vahid Hacıyev: Beynəlxalq konfransın Zəngilanda keçirilməsinin böyük rəmzi mənası var
# 30 may 2024 11:15 (UTC +04:00)

“Beynəlxalq konfransın Zəngilanda işə başlamasının böyük rəmzi mənası var”.

APA xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə Zəngilanda keçirilən ənənəvi beynəlxalq humanitar minatəmizləmə konfransında deyib.

O bildirib ki, Zəngilanın Ağalı kəndi yenidən qurulan və keçmiş məcburi köçkünlərin qayıtdığı ilk yaşayış məskənidir: “Bu miqyasda işlərin aparılması məhz minaaxtaranların gərgin əməyi sayəsində həyata keçirilir, insanların təhlükəsizliyi təmin edilir və minaların ətraf mühitə təsiri azaldılır”.

Fuad Sadıqov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR