ABŞ səfirliyi azərbaycanlı şagirdlər və tələbələr üçün təhsil sərgisi təşkil edəcək

ABŞ səfirliyi azərbaycanlı şagirdlər və tələbələr üçün təhsil sərgisi təşkil edəcək
# 30 may 2024 11:10 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı səfirliyi Beynəlxalq Təhsil üzrə Amerika Şurası ilə birgə Birləşmiş Ştatlarda təhsil almağa marağı olan orta məktəb və universitet tələbələri, eləcə də onların valideynləri üçün "EducationUSA" məzun sərgisini təşkil edəcək.

APA ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, təhsil sərgisində ABŞ səfirliyinin mübadilə proqramları və 35-dən çox ABŞ universiteti təmsil olunacaq, həmçinin, səfirliyin konsulluq xidmətinin əməkdaşları tələbə vizaları ilə bağlı məlumat verəcəklər.

Sərgi iyunun 1-i saat 11:00-dan 14:00-a kimi Landmark-ın Rotunda Zalında keçiriləcək.

Qeyd olunub ki, sərgidə ABŞ universitetlərinin azərbaycanlı və amerikalı məzunları öz məzun olduqları universitetləri təmsil edəcək və Amerika Birləşmiş Ştatlarında təhsil almaq üçün təcrübə və məsləhətlərini bölüşəcəklər.

Qeyd edək ki, 2022-2023-cü tədris illərində ABŞ-nin ali təhsil müəssisələrində 901 azərbaycanlı tələbə təhsil alıb. Bu, 2021-ci il ilə müqayisədə təxminən 25%, 2020-ci il ilə müqayisədə isə 62% artım deməkdir. Bu il Amerika Universitetinin Vaşinqton Hüquq Kolleci ADA Universiteti ilə birgə yeni diplom proqramına başlayıb və SAT universitetlərə qəbul imtahanında iştirak edən azərbaycanlı tələbələrin sayı iki dəfədən çox artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR