Gürcüstanda seçki bülletenləri milli azlıqların dilində də çap olunur

Gürcüstanda seçki bülletenləri milli azlıqların dilində də çap olunur
# 25 sentyabr 2012 08:58 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanda oktyabrın 1-də seçkilər zamanı istifadə olunacaq bülletenlər milli azlıqların dilində çap olunur.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Eka Azaraşvili bildirib.

Onun sözlərinə görə, çap olunan bülletenlər gürcü dili ilə yanaşı, Azərbaycan və erməni dillərində çap olunacaq.

Qeyd edək ki, bülletenlərin çapına sentyabrın 23-də başlanılıb və qısa müddət ərzində başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR