“ASAN XİDMƏT” mərkəzləri 9 dövlət qurumunun funksiyalarını yerinə yetirəcək
27 sentyabr 2012 07:46 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda yaradılması nəzərdə tutulan “ASAN XİDMƏT” mərkəzləri 9 dövlət qurumunun funksiyalarını yerinə yetirəcək.
“APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib.
Onun sözlərinə görə, yeni mərkəzlərin funksiyalarına bura pasport, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsinin verilməsi, nikahın qeydiyyatı və s. xidmətlər aiddir: “Bu da onu göstərir ki, hökumət bir çox neqativ halların qarşısının alınması üçün vətəndaşlara daha yaxşı şərait yaradır və vətəndaş-dövlət əlaqələrinin sıxlaşmasına, dövlət məmurlarının bürokratiya və süründürməçiliyinin qarşısını almağa çalışır. Fikrimcə, bu sistem çox böyük dəyişikliklərə səbəb olacaq”.
A.Quliyev deyib ki, bu xidmətlər təkcə Bakıda yox, regionlarda da təşkil olunacaq və vətəndaşlar dövlət qurumlarına yox, məhz “ASAN XİDMƏT” mərkəzlərinə müraciət edəcəklər: “Yeni qurumun yaradılması korrupsiyaya qarşı mübarizə çərçivəsində görülən işlərdən biridir və neqativ halların minimuma endirilməsinə kömək edəcək”.

Sosial
Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı müşavirə keçirilib
19:25
21 may 2024
"Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib
17:48
21 may 2024
İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib
17:29
21 may 2024
Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların siyahısı yenilənib
17:27
21 may 2024