Lənkəranda 2 yaşlı uşaq su quyusunda boğulub

Lənkəranda 2 yaşlı uşaq su quyusunda boğulub
# 14 sentyabr 2012 09:21 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda 2 yaşlı uşaq faciəli şəkildə ölüb. Bu barədə APA-ya Lənkəran rayon Prokurorluğundan bildirilib.

Hadisə dünən rayonun Girdəni kəndində qeydə alınıb. Kənd sakini, 2 yaşlı Amin Mirzəyev həyətlərindəki su quyusuna düşüb. Azyaşlı uşaq valideynləri köməyə çatana kimi boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR