Azərbaycan paytaxtının mərkəzində yeni qaz xətti çəkilir
24 iyul 2012 06:40 (UTC +04:00)
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, həmin ərazidəki mövcud orta təzyiqli 530 mm-lik yeraltı qaz xəttinin uzun müddət istismar edilməsi, bəzi hissələrinin korroziyaya uğraması ilə əlaqədar olaraq istehlakçıların təbii qazla təhlükəsiz və fasiləsiz təminatında problemlər meydana çıxır: «Bu səbəbdən həmin xəttin 3 700 metrlik hissəsinin əsaslı təmir edilməsi, 315 mm-lik orta təzyiqli yeraltı qaz xəttinin çəkilməsi nəzərdə tutulur».
Şirkətdən həmçinin bildirilib ki, yeni çəkiləcək xətdən şəhəri fasiləsiz təbii qazla təmin etmək üçün 5 hissədən («İçərişəhər», Musiqili Komediya Teatrı, eləcə də Səməd Vurğun, Rəşid Behbudov və Azadlıq küçələri) 200 mm-lik yeraltı polietilen qaz xətləri vasitəsilə qollar verilməsi planlaşdırılır. Görülən işlər nəticəsində şəhərin mərkəz hissəsində əhali və digər kateqoriyalara aid istehlakçılara normativ təzyiqlə, keyfiyyətli və fasiləsiz təbii qaz verilməsi mümkün olacaq.
Qeyd edək ki, Neftçilər prospektində yol hərəkətinin intensivliyi səbəbindən uzun müddət mövcud yeraltı qaz kəmərində təmir və tikinti işlərinin aparılması mümkün olmayıb. Hazırda prospektin təmirə dayanmasından istifadə edilərək, əsaslı təmir-bərpa işləri aparılır. «Azəriqaz» İB əhalinin nəzərinə çatdırır ki, işlər aparılan müddətdə alternativ mənbələrdən istifadə olunacaq və qaz təchizatında fasilələr yaranmayacaq.
Xatırladaq ki, iyulun 14-dən etibarən «Dalğa Plaza»nın qarşısından «Azneft» dairəsi ilə Azadlıq meydanınadək dənizkənarı bulvar boyu təmir-tikinti işlərinə və yeni asfalt örtüyünün çəkilməsinə start verilib. Bununla əlaqədar iyulun 14-dən qeyri-müəyyən vaxtadək Neftçilər prospektində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdirilib.

Sənaye və energetika
Mərkəzi Bank: Bank sektorunun valyuta mövqeyi prudensial tələblər çərçivəsindədir
12:34
18 may 2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşıb
10:41
18 may 2024
Dünya bazarlarında neftin qiyməti 84 dollara yaxınlaşıb
09:29
18 may 2024
“Romgaz” şirkəti Moldovaya qaz tədarükü üçün lisenziya almaq niyyətindədir
17:29
17 may 2024