Çində baş vermiş zəlzələnin qurbanlarının sayı 80-ə çatıb

Çində baş vermiş zəlzələnin qurbanlarının sayı 80-ə çatıb
# 08 sentyabr 2012 04:46 (UTC +04:00)
Bakı-APA. Çinin Yunnan və Quyçjou əyalətlərində 5,6 və 5,7 bal gücündə baş vermiş iki zəlzələdə həlak olanların sayı 80 nəfərə çatıb. Daha öncə 67 nəfərin həlak olduğu bildirilirdi. Təbii fəlakətdən 740 min nəfər ziyan görüb. Fəlakət bölgəsindən 100 mindən artıq insan təxliyə olunub. 731 nəfər yaralanıb, 440 min tikili isə zədələnib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR