APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, NATO mülki və hərbi heyət səviyyəsində heç bir görüş təşkil etməyəcək.
Rasmussenin sözlərinə görə, dialoqun qorunması üçün Rusiya-NATO Şurası səviyyəsində səfirlərin görüşünün saxlanması qərara alınıb.
"Biz Rusiya ilə bütün münasibətlərə yenidən baxacağıq, münasibətlərin gələcəyi barədə qərar NATO ölkələrinin xarici işlər nazirlərinin aprelin əvvəlinə nəzərdə tutulmuş görüşündə veriləcək. " - deyə Rasmussen bildirib.