Bakı Ali Neft Məktəbinə qəbul olan tələbələrin qeydiyyatı yeni ünvanda aparılacaq

Bakı Ali Neft Məktəbinə qəbul olan tələbələrin qeydiyyatı yeni ünvanda aparılacaq
# 17 avqust 2012 14:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Ali Neft Məktəbinə qəbul olmuş tələbələrin qeydiyyatı başqa ünvanda keçiriləcək.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, Bakı Ali Neft Məktəbinin rektorluğu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi müsabiqə nəticəsində ali məktəbə qəbul olmuş şəxslərin nəzərinə çatdırır ki, Bakı şəhəri, Xocalı prospekti,30 ünvanında yerləşən binada əsaslı təmir işləri davam etdiyinə görə tələbələrin qeydiyyatı ARDNŞ-ın Nizami rayonu, A.Manafov küçəsi,1 ünvanında (8-ci km) yerləşən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin binasında keçiriləcək.

Qeydiyyat avqust ayının 22-dən 31-dək, bazar günləri istisna olmaqla hər gün saat 09:00-dan 18:00-dək keçiriləcək. Qeydiyyatdan keçmək üçün attestatın əsli, şəxsiyyət vəsiqəsinin əsli və surəti, abituriyentin test imtahanlarında əldə etdiyi nəticələr haqqında məlumat vərəqinin surəti, tərcümeyi-hal, çağırış vərəqəsi və ya hərbi bilet (oğlanlar üçün), sağlamlıq haqqında arayış və 3x4 ölçüdə 4 ədəd rəngli fotoşəkil təqdim olunmalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR