Qala stansiyası və Sahil istiqamətinə yeni yolun tikintisi

Qala  stansiyası  və  Sahil  istiqamətinə  yeni  yolun  tikintisi
# 14 avqust 2012 13:13 (UTC +04:00)
Bakı – APA-Economics. Qəsəbələrarası yolların tikintisi üzrə həyata keçirilən layihələrindən biri olan Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun 13-cü kilometrindən Qala stansiyası və Sahil istiqamətində yeni yolun tikintisinə başlanılıb. «Azəryolservis» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, yeni salınan yolun uzunluğu 12,5 km, eni isə 21,5 metr olacaq.

Yolun üzərində 8 suötürücüsü, 3 mühəndis texniki qurğu, 2 yolötürücüsü və 3 heyvan keçidinin tikintisi planlaşdırılır. Ümumi yolun 9 kilometrliyində ikiqat asfalt-beton örtüyünün salınması başa çatdırılıb.

«Hazırda bu hissədə yolun işıqlandırılması, yol çiyinlərinin hazırlanması və qalan 3,5 km-də torpaq işləri davam etdirilir. Belə ki, 4 zolaqdan ibarət olacaq yolda 3 heyvan keçidi, 2 mühəndis texniki qurğusu, 1 yol ötürücüsü hazırdır və nəzərdə tutulan digər yol ötürücüsünün hərəkət hissəsində betonlama, qalxma və enmə zolaqlarında özül işləri gedir», - deyə ASC-dən bildirilib.

İnşasına 2011-ci ildə başlanılan yolun istifadəyə verilməsi ilə Qala, Şüvəlan və digər qəsəbələrlə paytaxt arasındakı avtomobil yolu xeyli qısalacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR