Azərbaycanda ali məktəblərə daxil olan şəxslərin 96, 6 faizi qeydiyyatdan keçib

Azərbaycanda ali məktəblərə daxil olan şəxslərin 96, 6 faizi qeydiyyatdan keçib
# 01 sentyabr 2012 11:43 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, I ixtisas qrupu üzrə tələbə adını qazananlardan 98 faizi, II qrupda 97 faizi, III qrup üzrə 96 faizi, IV qrupda isə 95 faizi tələb olunan vaxtadək qəbul olduqları ali məktəbdə qeydiyyatdan keçib.

Qeydiyyatdan keçməyənlər ali təhsil müəssisələrinin ödənişli əsaslarla olan ixtisaslarına qəbul olmuş gənclərdir ki, onların da əksəriyyəti TQDK-ya ərizə ilə müraciət edərək onların qeydiyyat müddətinin uzadılması ilə bağlı möhlət verilməsini xahiş ediblər.

HB il ali məktəblərə daxil olan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə 2012/2013-cü tədris ili üçün I mərhələdə qəbul olmuş şəxslərin qeydiyyatı avqustun 31-də saat 17:00-da başa çatıb.

Qeyd edək ki, bu il ali məktəblərin cari ildə ayrılmış 33918 plan yerinə 31994 abituriyent qəbul olub. Qəbul planı 94 faiz dolub. Ali təhsil müəssisələrinin boş qalan 1924 plan yerinə 451 nəfər qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR