Tehranın baş prokuroru: “İranın valyuta bazarında təxribat törədənlərdən 30 nəfər həbs edilib”

Tehranın baş prokuroru: “İranın valyuta bazarında təxribat törədənlərdən 30 nəfər həbs edilib”
# 08 oktyabr 2012 06:46 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranın valyuta bazarında təxribat törətdiklərinə görə həbs edilənlərin sayı 30-a çatıb”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Tehranın baş prokuroru Abbas Cəfəri Dövlətabadi bildirib.

Onun sözlərinə görə, hazırda məsələ ilə bağlı araşdırmalar davam etdirilir: “Tutulan şəxslərdən qeyri-qanuni yolla əldə olunmuş külli miqdarda valyuta, qızıl və sikkə müsadirə olunub. Təbii ki, dəllallarla mübarizə mühakimə ilə məhdudlaşmamalıdır. Əsas malların təmin olunması, xalq üçün lazım xidmətlərin göstərilməsi və İran Mərkəzi Bankının nəzarəti altındakı valyutadəyişmə məntəqələrindəki alqı-satqı ölkədəki mövcud şərtlərə uyğun maliyyə-iqtisadi siyasəti həyata keçirilməklə aparılmalıdır”.

Qeyd edək ki, oktyabrın 1-dən İran rialının məzənnəsi ABŞ dollarına nisbətən 30% aşağı düşüb. ABŞ dollarının məzənnəsinin qalxması İranda ərzaq məhsulları və digər malların bahalaşmasına səbəb olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR