Ramazan bayramı münasibəti ilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub - FOTO

Ramazan bayramı münasibəti ilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub - <font color=red>FOTO</font>
# 18 avqust 2012 09:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə, ölkənin dini icmaların fəallarından ibarət heyət Ramazan bayramı münasibəti ilə Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə APA-ya Komitənin mətbuat xidmətindən məlumat verilib.

Ziyarətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Komitənin məsul əməkdaşları, həmçinin aparıcı dini icmalarının rəhbərləri, tanınmış ilahiyyatçılar və ziyalılar iştirak ediblər.

Qeyd edək ki, Ramazan ayı ilə əlaqədar həyata keçirilən tədbirlər planı çərçivəsində ay boyunca Dövlət Komitəsinin nümayəndələri, dini icma fəalları və ictimaiyyətin təmsilçiləri ilə birgə, ölkənin müxtəlif bölgələrində şəhid məzarlarını ziyarət edib, şəhid və müharibə veteranlarının ailələrinə baş çəkiblər. Həmçinin dini ibadət ocaqlarında maarifləndirmə və milli-vətənpərvərlik mövzularında söhbətlər aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR