Konstantin Kosaçov: “Azərbaycandakı ruslarla və rus dili ilə bağlı vəziyyət bir çox MDB ölkəsi ilə müqayisədə daha ürəkaçandır”

Konstantin Kosaçov: “Azərbaycandakı ruslarla və rus dili ilə bağlı vəziyyət bir çox MDB ölkəsi ilə müqayisədə daha ürəkaçandır”
# 06 sentyabr 2012 14:12 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mətbuat konfransında Azərbaycanda yaşayan rusların vəziyyəti və oktyabr ayında Bakıda keçiriləcək Azərbaycan-Rusiya Beynəlxalq Humanitar Forumla bağlı bir sıra məsələlərə toxunulub.

K. Kosaçov agentliyin qarşıya qoyduğu bir sıra vacib məsələlərdən danışıb.

Rusiya ilə Azərbaycan əlaqələrindən danışan K. Kosaçov Azərbaycanda çoxsaylı rusun yaşadığını bildirib. Onun sözlərinə görə, Azərbaycanda yaşayan ruslar öz tarixi vətənləri tərəfindən diqqətə ehtiyac duyurlar, lakin Azərbaycanda olan stabillik bu diqqətin fövqəladə xarakter daşımasının qarşısını alır: “Azərbaycandakı ruslarla, o cümlədən rus dili ilə bağlı vəziyyət MDB-nin bir çox ölkəsi ilə müqayisədə daha ürəkaçandır”.

K. Kosaçov Azərbaycan-Rusiya arasında əlaqələrin müxtəlif istiqamətlərdə, xüsusilə də iqtisadi və humanitar sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, humanitar sahədə əməkdaşlığın daha da genişləndirilməsində Bakı Beynəlxalq Humanitar Forumunun müstəsna rolu olduğunu söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR