Moskvanın şərqində yerləşən sərgi kompleksində yanğın baş verib

Moskvanın şərqində yerləşən sərgi kompleksində yanğın baş verib
# 17 oktyabr 2012 00:15 (UTC +04:00)
Bakı-APA. Moskvanın şərqində yerləşən “Vernisaj v İzmaylovo” sərgi kompleksində yanğın baş verib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, alov kompleksin min kvadrat metr ərazisini əhatə edib. Yanğının söndürülməsinə 15 yanğınsöndürən briqada cəlb olunub. Hadisə nəticəsində xəsarət alanlar barədə xəbər verilmir.
Bu sərgi kompleksində analoji hadisə 2005-ci ildə də baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR