ARDNŞ-da «E.ON Ruhrgaz» şirkəti tərəfindən hazırlanmış layihənin təqdimatı keçirilib

ARDNŞ-da «E.ON Ruhrgaz» şirkəti tərəfindən hazırlanmış layihənin təqdimatı keçirilib
# 15 sentyabr 2012 12:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ), «Azəriqaz» İstehsalat Birliyi, Qaz İxrac İdarəsi və Baş ofisin aparıcı mütəxəssislərinin iştirakı ilə Bakı şəhəri və Abşeron yarımadasında qaz təchizatı şəbəkəsinin modernizasiyası və yenidən qurulması üzrə Almaniyanın «E.ON Ruhrgaz» şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış layihənin texniki-iqtisadi əsaslandırma sənədinin təqdimatı keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumat görə, tədbirdə şirkətin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Almaniya və Azərbaycanın qaz təchizatı qurumları arasında əməkdaşlıq üçün geniş imkanlar mövcudluğundan danışıb.

Daha sonra, «E.ON Ruhrgas» şirkətinin Şərqi Avropa ölkələri ilə texniki əməkdaşlıq idarəsinin rəhbəri Detlef Vesslinq Bakı şəhəri və Abşeron yarımadasında qaz təchizatı şəbəkəsinin modernizasiyası layihəsi üzrə texniki-iqtisadi əsaslandırma sənədinin təqdimatını keçirib.

Qeyd edək ki, xarici nümayəndə heyətinə «E.ON Ruhrgas» şirkətinin Qaz Texnologiyaları və Enerji Sistemləri Mərkəzi üzrə baş vitse-prezidenti Gerald Linke rəhbərlik edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR