Azərbaycanın sığorta-pensiya sisteminin 20 illik inkişafına həsr olunan konfrans keçirilib - FOTO

Azərbaycanın sığorta-pensiya sisteminin 20 illik inkişafına həsr olunan konfrans keçirilib - <font color=red>FOTO</font>
# 18 oktyabr 2012 13:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Bakıda Azərbaycanın sığorta-pensiya sisteminin son 20 il ərzində inkişafa həsr olunan konfrans keçirilib.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan «APA-Economics»ə verilən məlumata görə, toplantıda Fondun sədri Səlim Müslümov həyata keçirilən islahatlar nəticəsində ölkənin beynəlxalq standartlara cavab verən sığorta-pensiya modelinin formalaşdığını və bu modelin müasir dünyada sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirdiyini vurğulayıb.

Bildirilib ki, yeni sığorta-pensiya sisteminin fəaliyyəti dövründə ödənilmiş icbari dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulmaqla, vətəndaşların pensiya hüquqlarının həmin uçotun məlumatları əsasında müəyyənləşdirilməsi və beləliklə də pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilib.

S.Müslümov hazırda əmək pensiyalarının orta aylıq məbləğinin 151,3 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin 167,7 manata çatdırılması, pensiyaçılarının 97%-nin pensiya məbləğinin yoxsulluq həddinin üzərinə çıxdığını, bu gün ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbətinin 40%, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbətinin isə 45%-ə çatdığını qeyd edib.

DSMF sədri qeyd edib ki, nəzərdə tutulan islahatların vaxtında həyata keçirilməsi üçün sığorta-pensiya sisteminin maliyyə dayanıqlığının təmin olunması əsas şərtdir. İşləyənlərin iş yerlərində rəsmiləşdirilməsinə və əməkhaqqının tam leqallaşmasına nail olmaq, bu yolla sosial sığorta haqları kimi ödənən və fərdi hesablarda qeydə alının pensiya kapitallarını artırmaq əsas hədəf kimi seçilib və son vaxtlar bu istiqamətdə müvafiq addımlar atılmaqdadır. S.Müslümov hazırda yığım komponentinin tətbiqi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq təhlillərin aparılması işinin davam etdirildiyini vurğulayıb. Daha bir istiqamət qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlıdır ki, qarşıdakı illər ərzində Azərbaycanda qeyri-dövlət pensiya fondlarının yaradılması üçün qanunvericilik bazasının formalaşdırılması istiqamətində addımlar atılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR