Azərbaycan prezidenti Rumıniyanın keçmiş baş nazirini qəbul edib - FOTO

Azərbaycan prezidenti Rumıniyanın keçmiş baş nazirini qəbul edib - <font color=red>FOTO</font>
# 29 oktyabr 2012 16:14 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 29-da Rumıniyanın keçmiş baş naziri, Mərkəz-Sağ Vətəndaş Təşəbbüsünün təsisçisi və rəhbəri Mihay Razvan Unqureanunu qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Rumıniyanın əlaqələrinin uğurlu inkişafından məmnunluq ifadə edilib, ölkələr arasında bir neçə il əvvəl imzalanmış strateji tərəfdaşlıq haqqında sazişin önəmi qeyd olunub.

Regional əməkdaşlığın genişləndirilməsində Azərbaycan-Rumıniya ikitərəfli əlaqələrinin rolunun xüsusi vurğulandığı görüşdə münasibətlərin daha da möhkəmləndirilməsi üçün böyük imkanların olduğu bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR