ASAIF-çi gənclər Hacəttəpə Universitetinin rektoru ilə görüşüblər

ASAIF-çi gənclər Hacəttəpə Universitetinin rektoru ilə görüşüblər
# 16 oktyabr 2012 08:56 (UTC +04:00)
Bakı - APA. Ankarada ASAIF-çi gənclər Hacəttəpə Universitetinin rektoru Murat Tuncer ilə görüşüblər.

ASAIF-dən APA-ya verilən məlumata görə, görüşdə ASAIF-in fəalları Əli Əliyev, Orxan Nadirov, Agalar Qasımov, Emin Məmmədzadə, Leyla Abdullayeva, Leyla Abdizadə, Nigar Əhmədzadə, Asimə Şabanova və Nigar Cabbarlı iştirak edib.

Görüşün əsas məqsədi rektora Azərbaycan və ASAIF haqqında məlumat vermək olub. Gənclər ASAIF-in fəaliyyət istiqamətləri, strukturu, həyata keçirilən son layihələr haqda ətraflı məlumat verib. Eyni zamanda ölkəmizdə gənclər siyasəti sahəsində görülən işlər haqqında ətraflı məlumat verilib və qeyd edilib ki, bu gün gənclərimiz dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman və digər sahələrdə böyük uğurlara imza atır, Azərbaycanı beynəlxalq səviyyədə ləyaqətlə təmsil edirlər.
Görüşdə həmçinin ASAIF-in Hacəttəpə Universiteti ilə birgə görülə biləcək layihələr və əməkdaşlıq imkanları müzakirə olunub. Murat Tuncer də ASAIF gənclərinə bir neçə mövzuda tövsiyələrini verib və onları dəstəklədiyini söyləyib.

Sonda isə ASAIF-çilər rektora Azərbaycan haqqında kitablar, broşurlar hədiyyə ediblər və xatirə fotosu çəkilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR