Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun daha bir hissəsinin yenidən qurulması bu il başa çatacaq

Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun daha bir hissəsinin yenidən qurulması bu il başa çatacaq
# 21 sentyabr 2012 09:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun tərkib hissəsi olan Bulaqlı-Bəhrəmtəpə hissəsinin yenidən qurulması bu il başa çatdırılacaq.

«Azəryolservis» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, Bulaqlı-Bəhrəmtəpə hissəsində yenidənqurma işlərinə ötən ilin iyun ayında başlanılıb. İkinci texniki dərəcəli, 2 hərəkət zolaqlı yolun uzunluğu 72 km təşkil edir. Bu layihə çərçivəsində 99 dairəvi, 5 düzbucaqlı boru, 8 körpü və 1 yerüstü piyada keçidi inşa olunacaq. Artıq 2 körpüdə son tamamlanma, 23 km hissədə torpaq işləri və digər sahələrdə asfalt-beton örtüyünün döşənməsi davam etdirilir. İşlərin 2012-ci ildə başa çatdırılması nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR