Azərbaycan TÜRKSOY-a üzv dövlətlərin Mədəniyyət Nazirlərinin Daimi Şurasının 30-cu iclasında təmsil olunur

Azərbaycan TÜRKSOY-a üzv dövlətlərin Mədəniyyət Nazirlərinin Daimi Şurasının 30-cu iclasında təmsil olunur
# 06 sentyabr 2012 14:30 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində TÜRKSOY-a üzv dövlətlərin Mədəniyyət Nazirlərinin Daimi Şurasının 30-cu iclası keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir. İclasda TÜRKSOY-un 2013-cü il üçün fəaliyyət proqramı və təşkilatın 20 illiyi ilə bağlı tədbirlərin müzakirəsi nəzərdə tutulur. Səfər çərçivəsində nümayəndə heyətlərinin rəhbərlərini Başqırdıstan Respublikasının prezidenti Rüstem Xamitov qəbul edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR