Azərbaycanda qayınatası və qayınanasını qətlə yetirən Türkiyə vətəndaşı ömürlük azadlıqdan məhrum edilib

Azərbaycanda qayınatası və qayınanasını qətlə yetirən Türkiyə vətəndaşı ömürlük azadlıqdan məhrum edilib
# 02 oktyabr 2012 10:16 (UTC +04:00)
APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, Ə. Ş. Mustafa ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il noyabrın 6-da Sumqayıt şəhəri, "Yaşıldərə" bağlar sahəsində yeni tikilən evlərdən birində yaşayan Türkiyə vətəndaşı 1981-ci il təvəllüdlü Ə. Ş. Mustafa ailə münaqişə zəminində bıçaqla qayınatası Əziz Soltanovu və qayınanası İntizarı qətlə yetirib. O, daha sonra arvadı Günelə, qayını Ramala və baldızı Aynurəyə isə xəsarət yetirərək hadisə yerindən qaçıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə razılaşmayan Ə. Ş. Mustafa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Lakin məhkəmə onun şikayətini təmin etməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR