APA-nın əməkdaşı ABŞ-da keçiriləcək prezident seçkilərini işıqlandıracaq

APA-nın əməkdaşı ABŞ-da keçiriləcək prezident seçkilərini işıqlandıracaq
# 29 oktyabr 2012 14:35 (UTC +04:00)
APA-nın məlumatına görə, agentliyin xüsusi müxbiri Viktoriya Dementyeva bu məqsədlə ABŞ-a ezam olunub.

O, Nyu-Hempşirdə seçkilərin gedişini izləyəcək.

Səfər ABŞ Dövlət Departamentinin Vaşinqtonda Xarici Jurnalistlər üçün Mətbuat Mərkəzi (Foreign Press Center) tərəfindən maliyyələşdirilən “2012-ci il prezident seçkilərinin işıqlandırılması” layihəsi çərçivəsində baş tutub. Layihəni Vaşinqtonda Jurnalistlər üçün Beynəlxalq Mərkəz (İCFJ) həyata keçirir.

Layihədə 56 ölkədən jurnalistlər təmsil olunur. Azərbaycandan isə bu proqram çərçivəsində ABŞ-da prezident seçkilərini işıqlandırmaq üçün yalnız APA-nın əməkdaşı dəvət alıb. APA-nın əməkdaşı ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə seçkiləri müşahidə edir.

Səfər çərçivəsində ümumilikdə ABŞ seçki sistemi və Nyu-Hempşirdə seçki prosesi ilə tanışlıq da nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR