«Bank SilkWay»in kredit portfeli azalıb

«Bank SilkWay»in kredit portfeli azalıb
# 23 oktyabr 2012 12:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank SilkWay» ASC-nin aktivlərinin həcmi 2012-ci il oktyabrın 1-nə 95,646 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə olan nisbətən 91% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövrünün sonuna bankın kredit portfeli 8% azalaraq 31,558 mln. manata, depozit portfeli 4,7 dəfə artaraq 39,697 mln. manata çatıb.

Eyni zamanda, bankın məcmu kapitalı 16% artaraq 39,898 mln. manat, o cümlədən nizamnamə kapitalı 9% artaraq 35,090 mln. manat olub.

Hesabat dövründə bankın cəmi müştərilərinin sayı 17% artaraq 6 503, o cümlədən fiziki şəxslərin sayı 18% artaraq 6 338, hüquqi şəxslərin sayı isə 2,9% azalaraq 165 olub.

Bununla yanaşı, bankın aktiv plastik kartlarının sayı 21% artaraq 6 479-a, o cümlədən debet kartlarının sayı 20,8% artaraq 6 433-ə, kredit kartlarının sayı isə 2 dəfə artaraq 46-ya çatıb.

Bu müddət ərzində bankda çalışan işçilərinin sayı 2% artaraq 106 nəfər, orta aylıq əmək haqqı isə 6,5% azalaraq 902 manat təşkil edib.

Xatırladaq ki, «Bank SilkWay» ASC 1993-cü ildə «Azal Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 8 filialı, 19 bankomatı və 42 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR