Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 12 sentyabr 2012 06:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Sentyabrın 11-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,63 dollar və ya 0,7% artaraq 1 barelə görə 97,17 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, sentyabrın 11-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,59 dollar və ya 0,5% artaraq 115,40 dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR