Ali məktəb tələbələrinə adlı təqaüdün verilməsi mərasimi keçirilib
23 oktyabr 2012 10:50 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev ölkədə həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. S. Mehbalıyev ittifaq tərəfindən dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edərək, bu istiqamətdə görülən işlərdən söz açıb. S. Mehbalıyev, təqaüdün 1995-ci ildə təsis edildiyini və 1500 nəfərdən artıq tələbənin bu təqaüddən yararlandığını diqqətə çatdırıb.
Komitə sədri həmçinin, Tələbə Gənclər Təşkilatının fəaliyyətindən narazılığını ifadə edərək, qurumu operativ işləməyə çağırıb.
Sonra yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib.

Sosial
DİN uşaqların kiber təhlükəsizliyi ilə bağlı valideynlərə müraciət edib - VİDEO
10:34
19 may 2024
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22
19 may 2024
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:06
19 may 2024
Sumqayıtda mənzildən qadın meyiti tapılıb
22:33
18 may 2024