İsrailli nazir Benyamin Netanyahunu istefa ilə hədələyib

İsrailin hərbi əməliyyatlar kabinetinin üzvü Benni Qantz

© APA | İsrailin hərbi əməliyyatlar kabinetinin üzvü Benni Qantz

# 19 may 2024 01:52 (UTC +04:00)

İsrailin hərbi əməliyyatlar kabinetinin üzvü, nazir Benni Qantz iyunun 8-dək Qəzza zolağında gələcək fəaliyyət planı təsdiq olunmasa, Baş nazir Benyamin Netanyahunun fövqəladə hökumətindən çıxacağını açıqlayıb.

APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

“Əgər siz fanatiklərin yolunu seçsəniz və bütün xalqı uçuruma aparsanız, hakimiyyətdən getməyə məcbur olacağıq. Biz xalqa üz tutacağıq və xalqın etimadını qazanacaq hökumət quracağıq”, - Qantz mətbuat konfransında deyib.

Benyamin Netanyahu isə bildirib ki, nazirin tələbləri İsraili məğlubiyyətinə gətirib çıxaracaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR