Moldova müxalifətinin “Qələbə” blokunun rəhbəri İlan Şor “Aİ-yə qoşulmağa yox” kampaniyasını elan edib.
APA xəbər verir ki, siyasətçi bu barədə “Telegram” kanalında məlumat yayıb.
“Bu gün “Aİ-yə qoşulmağa yox” kampaniyamız başladı. Sakinlərimizə müraciət edərək Moldovanın indi hansı tarixi seçim qarşısında qaldığını söyləməkdən məmnun oldum. Düşünürəm ki, Avropa haqqında bir çox nağıllar artıq yox olub. İnsanlar Aİ-də ərzaq qiymətlərini gördülər. Qazın və işığın qiyməti qalxacaq”, - Şor vurğulayıb.