Azərbaycan prezidenti İham Əliyev “TeliaSonera” şirkətinin prezidentini qəbul edib

Azərbaycan prezidenti İham Əliyev “TeliaSonera” şirkətinin prezidentini qəbul edib
# 30 avqust 2012 14:30 (UTC +04:00)
Bakı – APA-Economics. Bu gün Azərbaycan prezidenti İlham Əliyev “TeliaSonera” şirkətinin prezidenti Lars Nuberqi qəbul edib.

APA-Economics”in xəbərinə görə, “TeliaSonera” şirkətinin prezidenti Lars Nuberq ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsinin dinamik şəkildə inkişaf etdiyini yüksək qiymətləndirib. O, “Azərcell” şirkətinə 3G və 4G mobil texnologiyalarının tətbiqi üçün yaradılan şəraitə görə dövlət başçısına minnətdarlığını bildirib.

İnformasiya-kommunikasiya texnologiyaları sektorunun Azərbaycanda prioritet sahə olduğunu vurğulayan prezident İlham Əliyev internetin ən müasir vasitələrlə ölkənin bütün ərazilərinə çatdırılması istiqamətində işlər görüldüyünü deyib.

Görüşdə Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən qəbul edilən xüsusi qətnamə əsasında həyata keçirilən “Transavrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinə “TeliaSonera” şirkətinin verdiyi dəstəyin önəmi qeyd olunub, Azərbaycan hökumətinin BMT ilə birgə keçirdiyi İnternet İdarəçilik Forumunun əhəmiyyəti vurğulanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR