Macarıstan dövlətinin vətəndaşlığını 250 min avroya almaq olacaq

Macarıstan dövlətinin vətəndaşlığını 250 min avroya almaq olacaq
# 30 oktyabr 2012 22:25 (UTC +04:00)
Bakı-APA. Macarıstan hökuməti ölkənin 250 min avro dəyərində dövlət səhmlərini alan şəxsə avtomatik olaraq vətəndaşlıq verəcək.
APA-nın Daily Mail qəzetinə istinadən verdiyi xəbərə görə, Mərkəzi Avropada ən çox borcu olan Macarıstan bu yolla iqtisadi problemlərini həll etmək niyyətindədir.
Avropa Birliyi Budapeştin bu qərarını sərt tənqid edib. Britaniya parlamentinin üzvü Pritti Patl deyib ki, bu qərar Budapeştin Avropa Birliyinə üzv olmaqdan sui-istifadə etməsdir. “Bu bir daha AB-nin və onun işinin natamam olmasından xəbər verir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR