Kazan-Bakı-Kazan aviareysində ləngimələr yaranıb

Kazan-Bakı-Kazan aviareysində ləngimələr yaranıb
# 25 sentyabr 2012 13:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «Tatarstan Air» aviaşirkətinin yerinə yetirdiyi Kazan-Bakı-Kazan aviareysində ləngimələr yaranıb.

Heydər Əliyev Beynəlxalq Aeroportundan «APA-Economics»ə verilən məlumata görə, bu gün saat 14:25-də Kazan-Bakı aviareysi üzrə Bakıya gəlməli təyyarə texniki nasazlığa görə Kazan aeroportundan qalxmayıb: «Texniki nasazlığa görə təyyarə dəyişdirilib və bu da öz növbəsində aviareysin yerinə yetirilməsində ləngiməyə səbəb olub. Təyyarə Bakıya saat 16:50-də enəcək, Bakıdan əks istiqamətdə isə saat 18:50-də havaya qalxacaq».

Qeyd edək ki, sözügedən aviareys «Boeing-737-500» avialayneri ilə yerinə yetirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR