Macarıstan İsveçrədə Ukrayna ilə bağlı konfransda iştirak edib-etməyəcəyinə hələ qərar verməyib.
APA-nın məlumatına görə, bunu Belarusun “ONT” telekanalına müsahibəsində Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
“Bir tərəfdən, biz İsveçrəyə həqiqətən hörmət edirik. Biz İsveçrənin sülhə nail olmaq səylərinə hörmət edirik. Biz onların mövqeyinə həqiqətən hörmət edirik. Ancaq eyni zamanda, məsələ ondan ibarətdir ki, münaqişəyə cəlb olunan bütün tərəflər konfransda iştirak etməsə, sülh konfransının mənası varmı? Sülh konfransı hər iki tərəf masa arxasında olarsa real məna kəsb edir”, - nazir vurğulayıb.