İran parlamentində Avropaya neft ixracının dayandırılması haqda qanun layihəsinin müzakirəyə çıxarılması təklif olunub
07 fevral 2012 11:08 (UTC +04:00)
APA-nın məlumatına görə, yığıncaqda millət vəkilləri Avropaya neft ixracının dayandırılması haqda qanun layihəsinin dərhal müzakirəyə çıxarılmasını tələb ediblər. Parlamentdə Məşhəd şəhərini təmsil edən deputat Cavad Kərimi Quddusi deyib ki, Avropaya neft ixracının dayandırılması barədə qanun layihəsi parlamentin ictimai müzakirəsinə çıxarılmalıdır: “Bir müddət əvvəl Fransa, Danimarka və digər üç ölkənin səfiri İranın neft naziri ilə görüşüblər. Onlar İranın Avropaya neft ixracının dayandıracağından narahat olduqlarını bildiriblər”.
İran parlamentinin sədri Əli Laricani isə millət vəkillərinə cavab olaraq qanun layihəsini müzakirəyə çıxarmağa hazır olduqlarını vurğulayıb: “Bu məsələ parlamentin gündəliyindədir”.
İran parlamentinin sədri Əli Laricani isə millət vəkillərinə cavab olaraq qanun layihəsini müzakirəyə çıxarmağa hazır olduqlarını vurğulayıb: “Bu məsələ parlamentin gündəliyindədir”.
Asiya
BMT: Rəfah sakinlərinin demək olar ki, yarısı evlərini tərk edib
06:58
19 may 2024
KİV: Qəzzada atəşkəslə bağlı danışıqlar dayandırılıb
06:12
19 may 2024
Türkiyədə partlayış baş verib, beşi polis olmaqla yeddi nəfər yaralanıb
05:46
19 may 2024
İsrailli nazir Benyamin Netanyahunu istefa ilə hədələyib
01:52
19 may 2024