Türkiyənin cənub-şərqindəki Şəmdinli qəsəbəsi ərazisində bir ay ərzində azı 318 PKK terrorçusu məhv edilib

Türkiyənin cənub-şərqindəki Şəmdinli qəsəbəsi ərazisində bir ay ərzində azı 318 PKK terrorçusu məhv edilib
# 28 avqust 2012 10:14 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə “Vatan” qəzeti məlumat yayıb.

Qəzet yazıb ki, Silahlı Qüvvələrin Baş Qərargahı və Daxili İşlər Nazirliyi tərəfindən hökumətə avqustun 23-də verilən gizli raportda bir ay ərzində Şəmdinli və ətrafında keçirilən əməliyyatlarda 318-i dəqiq müəyyənləşdirilmiş 325 terrorçunun öldürüldüyü bildirilib. Əməliyyat davam edir.

Qeyd edək ki, PKK Suriyanın şimalında kürdlərin yaşadığı və hökumət qüvvələrinin tərk etdiyi bəzi əraziləri nəzarətə götürdükdən sonra Türkiyədə də müəyyən əraziləri ələ keçirərək yerli kürdləri üsyana təşviq edib “kürd baharı” planını reallaşdırmaq istəyirdi. Amma Türkiyə kəşfiyyatının terror təşkilatının bu planını qabaqcadan öyrənməsi PKK-ya baha başa gəlib. Terror təşkilatı Şəmdinli qəsəbəsini ələ keçirmək üçün etdiyi 3 hücum cəhdi zamanı ağır itki verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR