Azərbaycan prezidenti İlham Əliyev Çin parlamentinin nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Çin parlamentinin nümayəndə heyətini qəbul edib
# 21 sentyabr 2012 16:56 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Məclisinin Xarici İşlər üzrə Komitəsinin sədri, keçmiş xarici işlər naziri Li Caosinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, Li Caosi Azərbaycana səfərindən və Prezident İlham Əliyevlə görüşündən şərəf duyduğunu vurğulayıb. O, Çin Xalq Respublikasının sədri Hu Szintaonun salamlarını dövlətimizin başçısına çatdırıb. Qonaq əlaqələrimizin genişləndirilməsində dövlət başçılarının rolunu xüsusi qeyd edib.
Çin Xalq Respublikasına uğurla keçən ilk rəsmi səfərini və Pekin Olimpiya oyunları zamanı keçirdiyi görüşləri məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfərinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar açdığını deyib. Azərbaycanla Çin arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı iqtisadi, mədəni və digər sahələrdə də əməkdaşlığın inkişaf etdiyini bildirib.
Görüşdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin ikitərəfli münasibətlərimizin inkişafındakı əhəmiyyəti qeyd olunub, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR