Azərbaycan avtomobil benzininin istehsalını artırıb

Azərbaycan avtomobil benzininin istehsalını artırıb
# 22 avqust 2012 09:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan avtomobil benzininin istehsalını artırıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkədə 719,5 min ton avtomobil benzini, 108,7 min ton neft-kimya sənayesində istifadə olunan benzin, 368,7 min ton ağ neft, 1 326,9 min ton dizel yanacağı, 41,5 min ton sürtgü yağları və 164,5 min ton neft bitumu istehsal olunub. Ötən ilin analoji dövrünə nisbətən avtomobil benzininin istehsalı 2,3%, ağ neftin istehsalı 4,9%, neft bitumunun istehsalı isə 20,2% artıb. Neft-kimya sənayesində istifadə olunan benzin, dizel yanacağı və sürtgü yağlarının istehsalı müvafiq olaraq 17,7%, 5,5% ıə 20,2% azalıb: «Neft emalı müəssisələrinin anbarlarında 36,7 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 14%-i qədər hazır məhsul qalıb».

Bununla yanaşı, 2012-ci ilin yanvar-iyul aylarında istehlakçılara (ixrac da daxil olmaqla) 4 001,4 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,9% çox neft məhsulları göndərilib ki, onlardan 76,3%-i daxili bazarın tələbatının ödənilməsinə yönəldilib, 23,7%-i isə ixrac olunub: «Neft məhsullarının 32,8%-ni dizel yanacağı, 19,3%-ni avtomobil benzini, 15,8%-ni aviasiya üçün ağ neft, 5,1%-ni mazut yanacağı, 4,1%-ni neft bitumu, 3,2%-ni maye qaz, 1,1%-ni sürtgü yağları, 18,6%-ni isə digər məhsullar təşkil edib».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR