“Cinayətkarlığın elm kimi öyrənilməsi” kitabı çapdan çıxıb - FOTO
01 oktyabr 2012 12:39 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Mətbuat Şurasının hüquqşünası, hüquqşünas-publisist Şəmsəddin Əliyevin «Cinayətkarlığın elm kimi öyrənilməsi» kitabı çapdan çıxıb. APA-nın məlumatına görə, müəllifin sayca beşinci, tədris üçün nəzərdə tutulmuş ikinci kitabı olan nəşr mütəşəkkil cinayətkarlığa - korrupsiyaya, insan alverinə, narkomaniyaya və terrorçuluğa qarşı mübarizəyə dəstək məqsədi daşıyır.
Vəsaitdə cinayətkarlığı doğuran səbəb və şəraitə həm ümumi, həm də cinayətlərin konkret növ və cəhətləri baxımından aydınlıq gətirilir, ümumən cinayətkarlığın profilaktikası və xəbərdarlığı problemləri barədə mülahizələrə geniş yer verilir.
«Cinayətkarlığın elm kimi öyrənilməsi» məna və məzmunca müəllifin 2010-cu ildə çapdan çıxmış «Cinayətkarlıqla mübarizə» kitabının davamıdır. Nəşrdən tələbələr, aspirantlar, ali təhsil məktəblərinin müəllimləri və hüquq-mühafizə orqanlarının işçiləri istifadə edə bilərlər.
Qeyd edək ki, Ş. Əliyev eyni zamanda “Polisə dəstək” İctimai Birliyinin sədridir və yeni çapdan çıxmış kitab sözügedən təşkilatın Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ərsəyə gəlib.

Ədəbiyyat
Gəncə Dövlət Filarmoniyasında Əhməd Cavada həsr olunmuş "Qiraət axşamı" keçirilib
11:15
6 may 2024
Ulucay Akifə "Ədəbiyyat adamı” mükafatı verilib - FOTO
12:09
3 may 2024
Bakıda Pakistanın tarixindən bəhs edən kitabın təqdimatı baş tutub - FOTO
20:12
2 may 2024
Məşhur ABŞ yazıçısı vəfat edib
13:48
1 may 2024