Azərbaycanın CAR-dakı səfiri bu ölkənin polis nazirinin müavini və Polis Akademiyasının rəhbəri ilə görüşüb

Azərbaycanın CAR-dakı səfiri bu ölkənin polis nazirinin müavini və Polis Akademiyasının rəhbəri ilə görüşüb
# 02 avqust 2012 10:52 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxov bu ölkənin polis nazirinin müavini, xanım Makhotso Sotyu və Polis Akademiyasının rəhbəri, xanım Mbekela ilə görüşüb. Səfirlikdən APA-ya verilən xəbərə görə, E. Poluxov həmsöhbətini Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanda gedən inkişaf prosesi, Azərbaycanın polis sistemi haqda ətraflı məlumatlandırıb.

Xanım Sotyu Azərbaycanın hüquq-mühafizə sistemi ilə yaxından tanış olmaq istədiyini söyləyib. O, dostluq əlaqələrinin yaradılması məqsədilə yaxın gələcəkdə nazirliklər arasında təcrübə mübadiləsi prosesinin təşkili və qarşılıqlı nümayəndə heyətlərinin göndərilməsinin mümkünlüyünü bildirib.

Görüşün sonunda E. Poluxov M. Sotyunu Azərbaycana rəsmi səfərə dəvət edib. Nazir müavini məmnuniyyətlə Azərbaycana səfər etmək istədiyini deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR