«Neft Daşları» yatağında yeni quyu istismara verilib

«Neft Daşları» yatağında yeni quyu istismara verilib
# 04 oktyabr 2012 16:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Neft Daşları» yatağındakı 1887 nömrəli özüldən 2291 nömrəli quyu qazmadan sonra istismara verilib.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, «Neft Daşları» Neft-Qaz Çıxarma İdarəsinin sifarişi ilə Girməki Üstü Qumlu Lay Dəstəsinə qazılmış quyu 3026-3006 metr intervaldan sutkada 27 ton neft hasilatı ilə işləyir.

Qeyd edək ki, 1887 nömrəli platformadan ümumilikdə 40 quyunun qazılması nəzərdə tutulub. Hazırda 34 quyu uğurla istismar olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR