İran yeni uzaqmənzilli raket istehsal edib

İran yeni uzaqmənzilli raket istehsal edib
# 11 sentyabr 2012 04:41 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran yeni raket istehsal edib. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, İran Hava-Kosmos Sənayesi Təşkilatının rəhbəri Mehdi Fərəhi açıqlama verib. Onun sözlərinə görə, yerli istehsal olan “Məşqət" adlanan raket 2 min kilometr uzaqlığındakı hədəfləri vurmaq qabiliyyətinə malikdir: “Yaxın günlərdə “Raad” və “Məşqət” raketlərinin təqdimatı keçiriləcək. “Məşqət” İranın ən inkişaf etmiş uzaqmənzilli raketlərindən biridir”. M. Fərəhi deyib ki, hazırda 14 yeni “Cruise” raketləri üzərində işlər davam etdirilir: “İran raket istehsalına 15 km mənzilli raketlərlə başlayıb, sonra “Zəfər”, “Nəsr”, “Nur”, “Qədər” və “Qədr” raketlərini istehsal etməyi bacarıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR