İtaliyanın «Inteks» şirkəti Azərbaycanda tərəfdaş axtarır

İtaliyanın «Inteks» şirkəti Azərbaycanda tərəfdaş axtarır
# 08 avqust 2012 10:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – Apa-Economics. İtaliyanın «Inteks» şirkəti Azərbaycanla əməkdaşlıq əlaqələri qurmaq niyyətindədir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, «Inteks» İtaliyanın proqram təminatı və yüksək texnologiyalara əsaslanan qabaqcıl elektron sistemlər sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən biridir. Şirkət əsasən, kosmik sənaye, müdafiə sənayesi, nəqliyyat və rabitə sahələrində çalışır. «Inteks» sistem mühəndisliyi, müşahidə və nəzarət sistemləri, rabitə və məlumat şəbəkələri, əməliyyat sistemləri və digər sahələrdə ixtisaslaşıb. Şirkət Azərbaycanla hava limanlarının idarəçiliyi üçün kompleks sistemləri, kosmik sənaye vasitəsilə ərazilərin, kənd təsərrüfatının, kadastrların izlənilməsi üçün mikropeyklər, hava və dəniz nəqliyyatına nəzarət sistemləri, dəmir yolları üçün siqnal sistemləri sahələrində əməkdaşlıq etmək niyyətindədir.

İddiaçılar Azərbaycanın İtaliyadakı səfirliyinə müraciət edə bilər.
Əlaqə telefonu: (+3906) 85305557.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR