NATO-nun Türkiyədəki İncirlik hərbi bazasında çalışan işçilər tətilə hazırlaşırlar

NATO-nun Türkiyədəki İncirlik hərbi bazasında çalışan işçilər tətilə hazırlaşırlar
# 13 avqust 2012 10:21 (UTC +04:00)
APA-nın Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, tətilə Amerika şirkətlərinin müqavilədə yer almasına rəğmən bazada xidmət göstərən işçilərə nəzərdə tutulan əlavə vəsaiti iqtisadi böhranı əsas gətirərək ödəməməsi səbəb olub.

Tətil barədə qərarı Hərb-İş Həmkarlar İttifaqı qəbul edib. Türk Hərb-İş Həmkarlar İttifaqının sədri Bayram Bozal «Star» qəzetinə açıqlamasında hazırda tətil üçün müvafiq işlərə başladıqlarını deyib.

«Biz tətilə çıxsaq, hərbi bazanın fəaliyyəti iflic olar» deyən B. Bozal İncirlikdə bütün işlərin türklərin üzərində olduğunu ifadə edib.
O, tətil qərarından vaz keçilməyəcəyini də açıqlayıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR