Ermənistan Silahlı Qüvvələri ötən ay atəşkəsi 119 dəfə pozub

Ermənistan Silahlı Qüvvələri ötən ay atəşkəsi 119 dəfə pozub
# 05 noyabr 2012 13:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Cari ilin oktyabr ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 119 dəfə pozulub. APA-nın Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusu itki verməyib.

Oktyabr ayında atəşkəs daha çox Ağdam rayonu istiqamətində pozulub - 29 dəfə. Qarabağ cəbhəsi üzrə Füzuli rayonu istiqamətində 24, Goranboy rayonu istiqamətində 15, Xocavənd rayonu istiqamətində 15, Tərtər rayonu istiqamətində 9, Cəbrayıl rayonu istiqamətində 5, Göygöl rayonu istiqamətində 2 dəfə atəşkəsin pozulması faktı qeydə alınıb.

Dövlət sərhədində Qazax istiqamətində 9, Gədəbəydə 7, Tovuz istiqamətində 2, Daşkəsən istiqamətində 2 dəfə atəşkəs pozulub. Müşahidələrə görə, Gədəbəy istiqamətində Ermənistanla sərhəddə rəqibin aktivləşməsi baş verib.

Qeyd edək ki, 2012-ci ilin yanvar - oktyabr aylarında cəbhə xəttində atəşkəs rejimi Ermənistan Silahlı Qüvvələri tərəfindən 1269 dəfədən çox pozulub. Bundan başqa, iyun ayında bir həftə ərzində cəbhənin bütün istiqamətlərində intensiv döyüşlər gedib.

Aparılmış dəqiqləşdirmələrə görə, cari ilin yanvar-oktyabr aylarında cəbhə xəttində Azərbaycan Ordusunun iki hərbçisi ermənilər tərəfindən əsir götürülüb, 18 hərbçi, 1 mülki sakin atəşkəsin pozulması və mina partlayışları nəticəsində yaralanıb, 15 hərbçi isə şəhid olub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR